İST SİYASƏTİMİZ

Bayburt Grup olaraq İST performansımızı davamlı olaraq yaxşılaşdırmağı hədəfləyərək, bütün işçilərimizin, fəaliyyətlərimizdən təsirlənəcək şəxslərin sağlamlığını və iş təhlükəsizliyini təmin etmək, şirkət uğurumuzun əsas elementini yaratmaq başlıca prioritetimizdir.


• Qüvvədə olan İş Sağlamlığı və Təhlükəsizliyi (İST) ilə bağlı qanun və qaydalara riayət edərək effektiv şəkildə bir İş Sağlamlığı və Təhlükəsizliyi İdarəetmə Sistemi yaratmaq,

• İST idaretmə sistemini davamlı şəkildə yaxşılaşdıraraq işçilərimiz üçün etibarlı bir iş mühiti yaratmaq,

• Bütün işçilərin iştirakı ilə, təhlükələri və riskləri həmişə əvvəlcədən müəyyən etmək və tədbir görmək,

• İşçilərimizə davamlı şəkildə təlim keçərək və məlumatlandıraraq sıfır qəza hədəfinə çatmaq,

• Layihələrimizdə təkmilləşdirilmiş müvafiq texnologiyalardan istifadə edərək iş qəzası və peşə xəstəliklərinin qarşısının alınmasını təmin etməkdir.

Çerez Kabul